DünyaXƏBƏRLƏR

Hacı İlqar İbrahimoğlu : ölkədə hicabı aradan aparmağa cəhdlər var

“Bu gün ölkədə hicabı aradan aparmağa cəhdlər var”.

Belə bir xəbərdarlıqla “Əyyami-Fatimə (s.ə)” günləri ilə əlaqədar olaraq İçərişəhər “Cümə” məscidi dini icması əzadarlıq mərasimində “Cümə” məscidinin imam camaatı Hacı İlqar İbrahimoğlu xütbə söyləyib.
“Hicaba qarşı bu günə qədər edilən bütün hücumlar Allahın iznilə nəticəsiz qaldı. Hicabı aradan apara bilmədilər. Əksinə kəmiyyət artdı. Amma indi hər kəs keyfiyyətə diqqət etməlidir” deyən xətib, kişilərin də hicabının olduğunu bildirdi.
Dəyərlərin məlumatına görə,”Hicab təkcə qadınlara məxsus deyil. Hicab kişilərə də aiddir. Kişilərin də hicabı var. Kişilər də iffətlərinə sahib çıxmalıdırlar. Qarşıdan havalar isinməyə doğru gedəcək. Xüsusən gənclər əyinlərinə geyindikləri paltarlara diqqət etməlidirlər. Açıq saçıq geyimlərdən uzaq olmalıdırlar. Gənclər oyaq olmalıdır ki, şeytan onları müxtəlif yollarla azdırmasın”,-deyə xətib bildirdi.
Böyük İslam alimi Ayətullah Safi Gülpəyəqaninin “Hər nəyimiz var Əhli Beytdəndir (ə)” kəlməsinə diqqət edən xətib bildirib ki, bu kəlmə hər zaman üçün aktualdır :”14 əsrdir Rəsulallahın (s) dediklərinin yaşaması Əhli Beytə (ə) görədir. Məhz buna görə də, bizim bu gün boynumuzda olan vəzifələrdən biri də odur ki, came şərait müctehidlərin ardınca gedək. Çünki bunu bizə Əhli Beyt (ə) vacib buyurub. Bunu bizə zamənimizin imamı Həzrəti Mehdi (ə.f) vacib buyurub. Həzrəti Mehdi (ə.f) buyurub ki, came şərait müctehidlərin ardınca gedin. Tarixdə də olub, bugün də bəziləri hoqqabızlıqla məşğuldurlar. Deyirlər ki, biz İslamı özümüz bildiyimiz kimi yaşayırıq. Bu açıq aşkar azğınlıqdır. Müctehidləri saymayan, onların dediklərinə əməl etməyən şəxs yolunu azmışdır.”

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu