İranXƏBƏRLƏR

İranın Bakıdakı Səfirliyi İran əleyhinə keçirilmiş toplantını pisləyib

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi Bakıda separatçı ünsürlərin anti-İran toplantılarının keçirilməsini pisləyib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin media məsələləri üzrə məsul şəxsi Seyid Məhəmməd Ayətullahi Bakıda separatçı ünsürlərin anti-İran toplantısını pisləyərək, deyib: “ Rəsmi Tehranın Bakı ilə dostcasına olan əlaqələrin gücləndirilməsinə, hörmətin riayətinə sadiq olmaq və Azərbaycan Respublikasının daxili işlərinə qarışmamağa təkid etdiyi bir halda, anti-İran ünsürlər Azərbaycan Respublikasında düşməncəsinə və hörmətsizcəsinə hərəkətlərlə İran İslam Respublikasına qarşı puç ərazi iddiaları irəli sürməklə məşğul olurlar”.

Ayətullahi sonra deyib: “ İranın Bakıdakı Səfirliyi özünün etirazını rəsmən Azərbaycan Respublikası rəsmilərinə elan edəcəkdir”.

Sözdə Azərbaycan Milli Azadlıq Cəbhəsi adlı qruplaşmanın dəvəti ilə qövmçü və separatçı ünsürlər şənbə günü 30 mart, Bakıda bir toplantı keçirib, İranın ərazi bütövlüyünü sual atlına aparmaq məqsədilə separatçı iddialar ortaya atdılar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu