İranın nüvə müzakirə qrupunun baş üzvü iranlı və amerikan heyətlərin müzakirələrinin mövzusunu yalnız nüvə xarakterli adlanıdırıb.
Abbas İraqçı bazar günü bir telesöhbətdə bazar ertəsi günü İsveçrənin Cenevrə şəhərində keçiriləcək Tehran-Vaşinqton müzakirələrində ABŞ dövlət katibi əvəzedicisinin iştirakından xəbər verərək, deyib ki, 5+1 qrupu ilə rəsmi müzakirələrdən öncə keçiriləcək bu müzakirələrdə təkcə nüvə məsələləri araşdırılacaq.
IRNA-nın məlumatına görə, İraqçı “Vyanada 5+1 qrupu ilə yeni dövr rəsmi müzakirələrdən öncə Rusiya və Amerika ilə ayrıca müzakirələrin keçirilməsinə nə lüzum var idi?” sualının cavabında deyib: Altı ölkə ilə müzakirə çətin və mürəkkəbdir və bu ölkələrin mövqeləri bir-biriləri ilə ahəngdar olmalıdır, çünki müxtəlif ideyalar mövcuddur.
İranın xarici işlər nazirinin müavini vurğulayıb: Danışıqlardan qabaq və sonra ikitərəfli müzakirələr adi bir məsələdir və daim mövcud olubdur və bu danışıqlar ya nüvə müzakirələrinin kənarında, ya da ki, ondan qabaq və ya sonra keçirilibdir.
İraqçı həmçinin deyib: Bazar ertrəsi günü Amerika ilə müzakirələr üçtərəflidir və İran və Amerikanın diplomatiya idarələrinin rəsmilərindən əlavə, Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru- Ketrin Eştonun müavini- Helqa Şmidt də onda iştirak edəcəkdir.