SANA xəbər agentliyinin məlumatına görə, Suriyanın Xarici İşlər Nazirliyi şənbə günü bir bəyanat yayaraq, Avropa Birliyinin Suriyada keçirilən prezident seçkilərini qeyri qanuni adlandırmasını beynəlxalq qanunların aşkar formada pozulması mənasında bilib.
Suriya Xarici İşlər Nazirliyi öz bəyanatında AB-nin bu mövqeyini demokratik prinsiplərin kobud şəkildə pozulması və Suriya xalqının öz taleyini təyin etmə haqqına hörmətsizlik adlandıraraq, pisləyib.
Bu bəyanatda daha sonra deyilir: həqiqi legitimlik xarici ölkələrin razılığı ilə deyil, xalqın rəyi ilə formalaşır.
Suriya Xarici İşlər Nazirliyinin bəyanatına görə, Suriya xalqının istər ölkə daxilində istərsə də ölkə xaricində prezident seçkilərində yüksək səviyyədə iştirak etməsi, Suriyada keçirilən prezident seçkilərinin qanuniliyinə dəlalət edən ən güclü faktdır.
Suriya prezidenti Bəşşar Əsəd prezident seçkilərində səslərin səksən səkkiz faizini əldə edərək, daha yeddi il üçün Suriya prezidenti olaraq qalacaq.
Suriyada prezident seçkiləri üç iyun iki min on dördüncü ildə keçirildi.