Sionist rejim qırıcıları öz hücumlarının davamında yenidən Qəzzə zolağına hücuma başlayıblar.
Sionist rejim qırıcı təyyarələri çərşənbə axşamı günü Qəzzə zolağına qarşı yeni hücumlarda bu zolağı bir neçə dəfə hədəfə alıblar.
Fələstin rəsmiləri sionist rejim qırıcı təyyarələri tərəfindən atılan raketlərdən birinin Qəzzə şəhəri yaxınlığına düşdüyünü bildiriblər.
Sionist rejim qırıcılarının Qəzzə zolağına yeni hücumlarında tələfat olmayıb.
Sionist rejim iddia edib ki, İsrailin Qəzzə zolağına qırıcı təyyarələrlə hücumları fələstinli mübarizlərin işğal olunmuş ərazilərin cənubuna raket hücumuna reaksiya olaraq həyata keçirilib.