İslam ölkələri parlamentlər ittifaqının sədri Fələstin parlament sədrinin azad edilməsini istəyib.
İslam parlamentlər ittifaqının dövri sədri Əli Laricani çərşənbə günü bir bəyanatda Sionist rejimin Fələstinin parlament sədri və millət vəkillərindən bir neçə nəfərininin oğurlanmasını pisləyib.
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin islam ölkələri parlamentlər ittifaqının sədri tərəfindən yayılan bu bəyanatda qeyd olunub : Sionist rejimin Qəzzə zolağını bombardman etməkdə insanlığa qarşı olan əməlləri , İordan Çayının Qərb Sahilində Fələstin rəsmilərindən bir neçə nəfərinin o cümlədən , Fələstin parlamentinin sədri Əbdüləziz Əl-Dəvik və parlament üzvlərindən bir neçə nəfərinin oğurlanması işğal olunmuş Fələstin ərazisində sionistlərin fikir ayrılığının nə dərəcədə böyük olmasını və sionistlərin nə həddə qədər dəhşət və qorxuya düşmələrini göstərir.
İran islam şurası məclisinin sədri Əli Laricani tərəfindən yayılan bu bəyanatının digər hissəsində qeyd olunub : Ölkələr terrorçuların maliyyələşdirilməsinə və onların silahlandırılmasına mane olmalıdırlar.