
Ötən il İrandan təxminən 6 milyard dollar dəyərində qaz idxal olunduğunu deyən Türkiyənin təbii sərvətlər və enerji naziri Tehranı Türkiyənin önəmli enerji təminatçılarından adlandırıb.
Taner Yıldız Türkiyənin NTV xəbər telekanalı ilə müsahibədə deyib: Türkiyə öz neft və qazını idxal edir və İrana qarşı tətbiq olunmuş bütün sanksiyalara öhdəlikli ola bilməz.
Yıldız vurğulayıb ki, Ankara anti-İran iqtisadi embarqolar sahəsində öz milli mənafeyini nəzərdə tutmalıdır.