Reuters Agentliyinin 1 Sentyabr Bazar ertəsi günü bildirdiyinə görə, Musəvi və Samariya Vətəndaş İdarəsi (1967-ci ildə işğal edilən torpaqlarda fəaliyyət göstərən rəhbərlik orqanı) Qərb Şəriyədəki Yəhudi məskunlaşma yeri Etzion’da olan təxminən 400 dönüşlük sahəsi özünə mal etdiyini elan etdi.
Bu şəkildəki bir addımın səbəbi isə açıqlanmayıb.
Amerika bu cəhdə mənfi reaksiya verərkən, Amerika Xarici İşlər Nazirliyində vəzifəli bir diplomat “Biz İsrail hökumətinə bu qərarı dəyişdirmə çağırışı edirik” dedi və İsrailin bu rəftarının Fələstin ilə əlaqələrin normallaşmasına qatqısı olmayacağını sözlərinə əlavə etdi.
Fələstin Dövləti üçün təsis edilən torpaqlarda İsrail məskunlaşma sahələrinin inşa edilməsinə qarşı çıxan “Peace Now” adlı quruluş, bunun 1980-ci ildə bu yana İsrailin Qərb Şəriyədə işğal etdiyi ən böyük torpaq parçası olduğunu ifadə etdi.