Çin XİN sözçüsü vurğulayıb ki, Pekin Ukrayna olayları ilə bağlı Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qatılmayacaq.
İTAR-TASS-ın məlumatına görə, Çin XİN sözçüsü Hua Tszyun Yinq Rusiyaya tətbiq olunmuş sanksiyalara reaksiyada deyib: Biz hər cür sanksiya və təhdidin əleyhinəyik, zira problemlərin həlli üçün təsirli metod deyildir.
Bu arada ABŞ dövlət katibinin müavini Pol Cons Yaponiyada çıxan Niki qəzeti ilə müsahibədə vurğulamışdı ki, Amerika Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşulmaları üçün Asiya ölkələrinə təsir göstərmək istəyir.
– See more at: http://azeri.sahartv.ir/news/%C3%A7in-rusiyaya-qar%C5%9F%C4%B1-sanksiyalara-qat%C4%B1lmayacaq-26476#sthash.h9ouzZ3y.dpuf