AsyaAzərbaycanXƏBƏRLƏR

Elşad Abdullayevin yeni videosu: Adam oğurluğu

Hazırda Fransada olan ABU-nun sabiq rektoru Elşad Abdullayevin 20 fevralda yaydığı yeni videodan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin daha bir polkovnikinin adam oğurluğunda mütəxəssisləşmiş dəstədə yer aldığı göstərilir.
Videodan bəlli olur ki, DİN-in polkovniki Rasim İldrımzadə Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat tərəfindən oğurlanmış Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevin geri qaytarılması ücün qardaşı huquq professoru Elşad Abdullayevədən 1 milyon ABŞ dolları tələb etmişdir.
Gizli videoya alınmış danışıqda Rasim İldrımzadə “Mahiri məndən başqa hec kim gətirə bilməz, Siz mənə qarant durmalısınız. Mahirə görə kim sənin yanına gəlsə qov getsin, hətta mənim adımdan da gəlib desələr belə, yaxınına buraxma. Mahiri siravi oğrular oğurlamayıbdır, hökumətin icindəki banditlər oğurlayıbdır. “-deyir.
Hələ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi bu video ilə bağlı mövqe bildirməmişdir.
2005-ci ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yüksək rütbəli rəsmiləri tərəfindən idarə olunan Hacı Məmmədovun cinayətkar dəstəsi MTN ilə DİN arasında ixtilaflar nəticəsində üzə çəxmışdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu