İran Baş qərargah Başçısı general Hüseyn Firuzabadi, Amerika prezidenti Obamanın sionist İsrailin maraqlarını seçim etməsindən ötəri sərt dillə tənqid etdi. Firuzabadi, Obamanın Amerika xalqının maraqları yerinə sionist İsrailin maraqlarını üstün etdiyini ifadə edərək bunun səhv olduğunu və düzəldilməsi lazım olduğunu bildirdi.
Firuzabadi, sionist İsrailin işlədiyi bütün cinayət, hücum və işğal Amerikanın da ortaq olduğunu ifadə edərək, sionist İsrail rejiminin İranın nüvə müzakirələrini məğlubiyyətə uğratmaya da çalışdığını ifadə etdi və “1 il sürən müzakirələr Amerikanın etibarsız olduğunu bir daha göstərdi” dedi .
İranın nüvə enerji fəaliyyətlərini davam etdirəcəyini və qazanımlarını qoruyacağını söyləyən İran baş qərargah başçısı, İranın gücünün hər keçən gün artdığını ifadə etdi.
