İran İslam Respublikası silahlı qüvvələrinin baş qərargah rəisinin müavini sionist rejimin İrana qarşı təhdidlərini dəyərsiz adlandırıb.
General-mayor Seyid Məsud Cəzayiri çərşənbə günü əl-Aləm kanalı ilə müsahibədə sionist rejimin İrana qarşı son təhdidlərini əhəmiyyətsiz və dəyərsiz adlandırıb və deyib: İran İslam Respublikasının hərbi-müdafiə hazırlığı sionistlərdən qat-qat üstündür və bu kimi çıxışları psixoloji müharibə çərçivəsində dəyərləndirmək mümkündür.
General-mayor Cəzayiri sionist rejimin İrana qarşı təhdidlərini davam etdirməsini bu rejimin terrorçuluq mahiyyətindən qaynaqlanan məsələ adlandırıb və deyib: Bu gün İran İslam Respublikası aşkar formada hərbi hücumla təhdid edilir. Lakin, təəssüflər olsun ki, dünya ictimaiyyəti buna heç bir reaksiya vermir. Bu sükut dünya ictimaiyyəti üçün münasib deyil.