AfrikaİranXƏBƏRLƏR

Salehi: Afrikada xalq oyanışı formalaşıb

İran İslam Respublikasının xarici işlər naziri Afrikada xalq oyanışının formalaşdığını deyb.

İran İslam Respublikası prezidenti ilə birlikdə Afrika ölkələrinə səfər edən Əli Əkbər Salehi İRNA ilə müsahibədə deyib: Hazırda Afrika xalqları arasında bir oyanış müşahidə olunmaqdadır. Buna görə də Afrikanı aydın gələcəyin gözlədiyini demək olar.

Ə.Salehi İranın Afrika ölkələri ilə əlaqələrinin dərin olduğunu deyərək, vurğulayıb: İran İslam Respublikası hazırda 30-dan artıq Afrika ölkəsində nümayəndəliyə malikdir və bu nümayəndəliklər də genişləndiriləcəklər.

Salehi həmçinin deyib: İran İslam Respublikası yaxın gələcəkdə şərqi Afrika ölkələrinə səfər edəcək.
İran prezidenti bazar günü günortadan sonra qərbi Afrika ölkələri olan Benin, Qana və Nigeriyaya səfərə çıxıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu