DünyaXƏBƏRLƏR

Mənim dövlətim, milli möcüzə dövləti olacaq

Venesuelanın yeni prezidenti Nikolas Madoro öz hakimiyyəti dövrünün başlanğıcında əminlik verib ki, onun dövləti bir milli möcüzə dövləti olacaq ki, ölkənin bərpası və inkişafında, habelə Bolivar inqilabı və bu ölkənin vəfat etmiş prezidenti Uqo Çavesin siyasi, ictimai və iqtisadi sahələrdəki amal və hədəflərinin reallaşması istiqamətində iri addımlar atacaq.

Bu sözləri inauqurasiya mərasimindən sonra Venesuela parlamentində bu ölkə rəsmiləri, parlament üzvləri, həmçinin 17-si prezident olan 61 xarici nümayəndə heyətinin qarşısında söyləyib. Bu mərasimdə həmin ölkənin müxtəlif məntəqələrindən Karakasa gəlmiş yüzlərlə xalq kütləsi də iştirak edib.

Venesuelanın yeni prezidenti habelə gələn həftə hökumət şurasının fəallaşdırımasından, həmçinin ölkədə bürokratiya və korrupsiya ilə mübarizə məqsədilə səmərəli sosialist inqilabı layihəsinin icrasından xəbər verib.

Andiçmə mərasimində İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejad da iştirak edib. Bazar günü keçirilən prezident seçkilərində səslərin 58.78%-in, başqa sözlə, 7 milyon 575 min 704 səs əldə edən Madoro Venesuelanın vəfat etmiş prezidenti Ugo Çavesi əvəz edibdir.

O, Latın Amerikasının İspaniyanın istismarından azad olunması inqilabının qəhrəman Simon Bolivarın və Venesuelanın vəfat etmiş prezidenti Ugo Çavesin xatirəsinə xalq qarşısında həmin ölkənin 1999-cu il göy rəngli əsas qanununa and içibdir ki, azad, müstəqil və sosialist bir vətənin qurulması üçün özünü bu ölkənin bütün vətəndaşları qarşısında özünü borclu bilsin.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu