SuriyaXƏBƏRLƏR

23 ölkənin terrorçuları Suriyadadır

Suriya prezidenti dünən Dəməşqdə bir livanlı heyətlə görüşdə Livan dövlətinin Suriya böhranı qarşısındakı bitərəf siyasətini tənqid edib.

“Əl-Səfir” adlı livanlı qəzetin məlumatına görə, Suriya prezidenti Bəşşar Əsəd bu görüşdə Livan dövlətinin Suriya böhranı qarşısında bitərəf siyasət yeritməsini tənqid edərək deyib: Suriyanın və döyüş cəbhəsinin qonşuluğunda yerləşən Livan bu məsələdə bitərəf ola bilməz. Suriya prezidenti deyib: Görəsən, bu, o deməkdir ki, Livan Suriya böhranı başa çatanadək Afrika qitəsinə köçürülməli və bu böhran qurtarandan sonra öz əvvəlki yerinə qayıtmalıdır?!

Hazırda daha azad ordu meydan döyüşlərində iştirak etmir və biz hal-hazırda Əl-Qaidə ilə savaşdayıq. Diqqət yetirmək lazımdır ki, hazırda Suriya ərazisində 23 ölkədən olan silahlı ünsürlər vuruşurlar. Əsəd həmçinin Rusiyanın Suriya böhranı qarşısındakı mövqeyindən razılıq edib.

O, deyib: Əlbəttə, Rusiya Dəməşqi müdafiəni Moskvanı və öz maraqlarını müdafiə hesab edir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu