DünyaİraqXƏBƏRLƏR

Ərəbistanlı missioner İraqdakı terrorçulardan şiə qadın və uşaqları öldürmələrini istədi

Ərəbistanlı missioner İraqdakı terrorçular və silahlı qruplaşmaları şiələr arasında qorxu və dəhşət hissi yaratmaq üçün şiə qadınlar və uşaqları terror etməyə çağırıb.

Məhəmməd ibn Səud Universitetinin müəllimlərindən olan Səəd əl-Dərihim son çıxışı zamanı terrorçuları və silahlı qruplaşmaları “mücahid” adlandıraraq, onlardan əllərində olan şiə əsirləri öldürmələrini istəyib.

Bu vəhhabi missionerin sözləri hətta Ərəbistanda belə etirazlarla qarşılanıb.

Ərəbistanlı yazar Abdulla bin Bəxit Ərəbistanda çıxan Okkaz qəzetində Səəd əl-Dərihimin sözlərin reaksiya olaraq, yazıb: O, terrorçuları şiələrin qırğın edilməsinə təhrik etdiyi üçün mühakimə edilməli və cəzalandırılmalıdır və onun sözlərinə görə Ərəbistan rəsmiləri məsuliyyət daşıyırlar.

Ərəbistanda çıxan əl-Vətən qəzetinin yazarlarından olan Həlimə Müzəffər də Səəd əl-Dərihimin mühakimə edilməsi və universitetdən qovulmasını istəyib.

Həlimə Müzəffər yazıb: Bu təfəkkür, din adın gerçəkləşən cinayətlər və terrorizmin yaranmasına səbəb olur.
İraqın şimalında yerləşən Kərkük vilayətində terrorçular və silahlı qruplaşmaların aktivləşməsinin ardınca son günlər bu məntəqə qanlı toqquşmaların şahidi olub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu