İordaniya və İngiltərənin, “Şimal Fırtınası” adlı ortaq hərbi manevrə başladığı bildirildi.
İordaniya rəsmi xəbər agentliyi Petranın xəbərində, İordaniya və İngiltərə birliklərinin “Şimali Fırtınası” adlı ortaq hərbi manevrə başladığı ifadə edilərək manevrin, iki ölkənin silahlı qüvvələri arasında hərbi həmrəyliyi gücləndirməyi hədəflədiyi ifadə edildi.
İordaniya Kralı Abdullahın iştirakı ilə təşkil edilən manevrin sahə kəşfi, səhra xəstəxanalarında yaralılara ilk müdaxilə, yaralıların nəqli kimi fəaliyyətləri əhatə etdiyi qeyd edildi.
