AsyaDünyaİranXƏBƏRLƏR

İran ilə Cənubi Koreya prezidentləri birgə mətbuat konfransı təşkil etdi

İran İslam Respublikası prezidenti Həsən Ruhani, İran ilə Cənubi Koreyanın ticarət əlaqələrinin strateji və köklü iqtisadi əlaqələrə çevriləcəyini ifadə etdi.

İran və Cənubi Koreya heyətlər arası görüşməsi və 19 əməkdaşlıq müqaviləsinin imzalanmasının ardından İran prezidenti “Həsən Ruhani” ilə Cənubi Koreya prezidenti “Park Geun Hye” Tehranda birgə mətbuat konfransı təşkil etdilər.

Mətbuat konfransında hər iki tərəf, iqtisadi əlaqələrinin səviyyəsini mövcud rəqəmlərin tam 3 qatı olan 18 milyard dollara illik olaraq çıxarılmasını qərarlaşdırdılar.

Ruhani, İran və Cənubi Koreyanın Yaxın Şərq və Şərqi Asiyanın iki əhəmiyyətli ölkəsi olaraq əlaqələrinin olduqca əhəmiyyətli olduğunu və keçən 54 ildə ikitərəfli əlaqələrin hər zaman müsbət və konstruktiv olduğunu xatırlatdı.

Ruhani, Cənubi Koreya prezidenti ilə Yaxın Şərqdə sülh və sabitliyin təmin edilməsi, Yəməndə müharibənin sona çatması və Yəmənli tərəflər arasında müzakirələrin başlaması və də İraq hökumətinin terrorizmlə mübarizəsi və Suriya vəziyyəti haqqında fikir mübadiləsi etdiklərini qeyd etdi.

Ruhani sözlərinin davamında Koreya yarım adası və Yaxın Şərqdə təhlükəsizliyin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün olduqca əhəmiyyətli olduğunu ifadə etdi, İranın Koreya yarım adasında sülh və sabitlik istədiyini və hər cür kütləvi qırğın silahın istehsalına qarşı olduğunu necə ki, İranın dünyanın kütləvi qırğın və nüvə silahlardan təmizlənilməsini tələb etdiyini vurğuladı.

Mətbuat konfransında Cənubi Koreya prezidenti “Park Geun Hye” də, 1962-ci ildə Tehran-Seul arasında diplomatik əlaqələrin qurulmasından bəri ilk dəfə Cənubi Koreya prezidentliyin İrana gəldiyini xatırladaraq, İranın beynəlxalq cəmiyyətə əlaqələrində yeni fəsil açıldığı bir sırada bu əhəmiyyətli və tarixi ziyarətin reallaşdığını ifadə edib, iki tərəfin müxtəlif sahələrdə ikitərəfli münasibət və işbirliklerini gücləndirmək istədiyini qeyd etdi.

Cənubi Koreya prezidenti həmçinin, Tehran-Seul əlaqələrinin inkişaf prosesinə bağlı çəkilən viziona təmasla, Tehran səfəri zamanı iki ölkənin ortaq bir bəyanat nəşr, bunun ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı bir bələdçi ola biləcəyini ifadə etdi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu