İran Milli Neft Nəqliyyat şirkəti başçısı, İran neft tankerlerinin Avropa limanlarına səfərlərinin yaxında başlayacağını bildirdi.
IRNA’nın bildirdiyinə görə Tehranda mətbuat mənsublarının suallarını cavablandıran İran Milli Neft Nəqliyyat şirkəti başçısı Əli Əkbər Şafak, İran tankerlerinin Avropa limanlarına gedişləri qarşısında hər hansı bir maneənin olmadığını və İran tanker donanmasının tutumunun çox yüksək olduğunu bildirdi.
İran Milli Neft Nəqliyyat şirkətinin dəstəyi ilə yaxında Avropa limanları hədəfiylə İran neft nəqliyyat fəaliyyətlərinin başlayacağını və beynəlxalq bazarlarda gedərək inkişaf edəcəyini ifadə edən Şafak, İran Milli Neft Nəqliyyat şirkətinin dünya bazarının neftə olan bütün ehtiyaclarının nəqliyyat əməliyyatını qarşılama tutumunda olduğunu söylədi.
