İraqın media və rabitə heyətinin üzvlərindən biri bu ölkədə 10 peyk telekanalının fəaliyyətinin dayandırıldığını bildirib.
Salim Məşkur Bağdadda İRİB müxbirinə verdiyi müsahibədə bu 10 televiziyanın fəaliyyətinin dayandırılmasının səbəbini İraqda zorakılıq və tayfaçılığı genişləndirmək və təşviq etmək adlandırıb.
İraq rəsmisi söyləyib: Qətərin əl-Cəzirə, əl-Şərqiyyə, əl-Şərqiyyə News, əl-Ənvar-2, əl-Təğyir, əl-Fəllucə, əl-Babiliyyə, Səlahəddin, əl-Ərəbiyyə fəaliyyəti dayandırılan 10 telekanaldır.
İraq rəsmisinin sözlərinə görə, bu televiziyalar qeyri-həqiqi və xalqı təhrik edən xəbərlər yayımlamaqla İraqın milli vəhdətini məchul vəziyyətlə üzləşdirirlər.
Bu qərara əsasən bu 10 telekanalın İraqda fəaliyyət icazəsi dayandırılıb və bu ölkə proseslərinin xəbərlərini əks etdirə bilməzlər. Bu televiziyaların 1 ay vaxtları vardır ki, İraqın Ali Ədliyyə qurumuna bağlı televiziya kanallarının pozuntu hallarının araşdırılması heyətinin bu qərarına etiraz etsinlər. Heyətin qərarı təsdiqləndiyi halda bu televiziya yazılı öhdəlik və rəsmi üzrxahlıqla yenidən fəaliyyətə başlaya bilərlər. Lakin əgər öz funksiyasını dəyişməzlərsə, onların fəaliyyət icazəsi ləğv olunacaq. Bu qərar bu telekanallardan bəzisinin İraqdakı kobudluqların yeni dalğasının başlanması ilə yanlış və gərginlik yaradan xəbərləri yayımlamalarının ardınca çıxarılıb. İraqın media və rabitə heyəti bundan öncə bir neçə dəfə bu televiziyalara İraqın vəhdətinə qarşı təhrik edici xəbər və proqramlar barəsində xəbərdarlıq etmişdi.
