İlham Əliyev: Prezidentliyimə fəxr edirəm
İlham Əliyev deyib: “Fəxr edirəm ki Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentiyəm.”
Azərbaycan Respublikası prezidenti İlham Əliyev 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları Koordinasiya Komitəsinin üzvləri ilə görüşüb.
Komitə üzvlərinə bu gün də Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti olduğunu xatırladan İlham Əliyev hələ də bu vəzifədə çalışdığı üçün fəxr etdiyini vurğulayıb: “Fəxr edirəm ki, ölkənin prezidenti olmamışdan 6 il əvvəl, 1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidentiyəm. Bu, onu göstərir ki, mən prezident kimi öz vəzifəmdən istifadə edərək Olimpiya Komitəsinin rəhbəri olmamışam. Mən Olimpiya ailəsindən bu vəzifəyə gəlmişəm. Açığını desəm, çox şadam ki, mən hələ də bu vəzifədəyəm, çünki bu, necə deyərlər, ümumiyyətlə, bizim siyasətin istiqamətini göstərir və həmçinin müəyyən mənada idmançılarda əlavə inam yaradır”.