Boliviya prezidenti Amerika Beynəlxalq İnkişaf Agentliyini casusluqda ittiham edərək bu ölkədən çıxarıb.
Üvo Murales dünən mayın biri, Beynəlxalq Fəhlə gününün qeyd olunması mərasimində bu xəbəri Boliviyanın paytaxtı La-Pasda bildirib.
Boliviya prezidenti həmçinin Latın Amerikasını ABŞ üçün arxa həyət adlandıran Amerikanın dövlət katibi Con Kerrinin sözlərini kəskin surətdə tənqid edib.
Üvo Murales 2008-ci ildə də Boliviya dövlətinə qarşı fitnəsinə görə, Amerika səfirini bu ölkədən çıxardı.
