Atəşkəs rejimi pozulub
Ermənilər Azərbaycan Respublikası Ordusunun mövqelərini amansız atəşə tutublar.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnosesk rayonunun Cil kəndində və Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy və Qazax rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Respublikası mövqelərini atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Füzuli rayonunun işğal olunmuş Aşağı Seyidəhmədli, Horadiz, Ağdam rayonunun Novruzlu və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin aprelin 25-də yaydığı məlumata görə, 2013-cü ildə atəşkəsin pozulması nəticəsində, 5 Azərbaycan hərbçi həlak olub.