AzərbaycanXƏBƏRLƏR
İlham Əliyev və Naxıvanın başçısı Vasif Talıbov “mətbuatın qənimi” siyahısına salınıb
Beynəlxalq Mətbuat Azadlığı Günündə “Sərhədsiz reportyorlar” təşkilatı “mətbuatın qənimi” adlandırdığı şəxslərin sırasında Prezident İlham Əliyev və Naxıvanın başçısı Vasif Talıbov “mətbuatın qənimi” siyahısına salıb.
“Amerikanın səsi” xəbər verir ki, bu şəxslərin jurnalistlərin qətlə yetirilməsi, oğurlanması, təqib edilməsi, işgəncələrə məruz qalması kimi əməllərlə bağlılığı var.
Qərbli təşkiların təqdim etdiyi siyahıda 39 “qənimin” arasında 2012-ci ildə olduğu kimi, Azərbaycandan iki nümayəndə var: dövlət başçısı İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov.
