İlham Əliyev atası Heydər Əliyevin abidəsi önündə dayana bilməyib
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev mayın 3-də Sumqayıta səfəri zamanı atası Heydər Əliyevin abidəsi önündə dayana bilməyib.
Buna səbəb dərdlərini İ.Əliyevə demək üçün abidənin yaxınlığına toplaşan şəhər sakinləri ilə polis arasında qarşıdurmanın yaranması olub.
İ.Əliyevin atasının şəhərin mərkəzindəki abidəsini ziyarət etməyə gələcəyini bilən şikayətçi sakinlər həmin ərazidə toplaşıblar. İ.Əliyevin karteji abidəyə yaxınlaşan zaman şikayətçi sakinlərdən biri abidənin lap yaxınlığına yürüyüb. Ərazidəki polislər onun qarşısını kəsib və ərazidən uzaqlaşdırmağa çalışıb. Polislərin bu hərəkəti digər sakinlərdə narazılıq yaradıb. Nəticədə polsilərlə sakinlər arasında gərginlik yaranıb. إu vaxt əraziyə yaxınlaşan İ.Əliyevin korteji yaranmış hay-küy səbəbindən orada saxlamadan uzaqlaşıb.