Fransa ordusunun Baş Qərargahının yüksək rütbəli zabitləri vurğulayıblar ki, 4 amil Qərb və Amerikanı Suriyada hərbi müdaxilədən çəkindirir.
“Ərəb dünyası” qəzetinin yazarı, jurnalist Nəzal Həmadə “Əl-Minar” telekanalının yaydığı reportajda vurğulayıb ki, 4 dəlil Amerikanı Suriyaya hücumdan çəkindirir, xüsusən ona görə ki, Fransa ordusunun Baş Qərargahında Bəşşar Əsədin qüdrətdən kənarlaşdırılması ehtimalı çox zəifdir. ABŞ və İngiltərə də Suriya prezidentinin qüdrətdən kənarlaşdırılmasına təkid etmirlər.
Həmadə belə deyir: Bu sözlərdən belə çıxır ki, 4 amil Qərb və Amerikanı Suriyada hərbi müdaxilədən çəkindirir:
1- Obama dövlətinin lazımi imkanlara malik olmadığına görə, Yaxın Şərqdə 3-cü müharibəyə girməyə meylsiz olması;
2- Suriyanın raket və raketə qarşı müdafiə sistemində rusların olmaları;
3- Fransalı zabitin sözlərinə görə, İranın Suriyadakı iştirakı;
4- Təkfiri cihadi qrupların suriyalı etirazçıların hərbi əsasına yiyələnməsi və silahların bu ünsürlərin əllərinə düşməsi qorxusu.