Fələstin barəsində Ərəb Liqasının İzləmə Komitəsi tərəfindən irəli sürülən ərazi mübadiləsi planına münasibət bildirən İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü bu planı keçmiş təcavüzkarlıq layihələri, eləcə də və ABŞ mehvəri ilə sionistlərin işğalçılığının davam etməsi adlandırıb.
Ramin Mehmanpərəst bildirib: Fələstin məsələsi bütün Fələstin diyarının işğalına tam son qoyulması, Fələstin xalqına öz müqəddəratını təyin etmə haqqının verilməsi, bütün didərginlərin öz ata-baba yurdlarına qayıtmaları və Qüds Şərif paytaxt olmaqla vahid Fələstin dövlətinin təşkil olunması ilə həll olunacaq.