İran İslam Respublikası prezidenti deyib: Mən inanıram ki, dünyanın gələcəyini, atom bombası, raket və müharibə deyil, mədəniyyət yaradacaq.
Cənab Mahmud Əhmədinejad Asiya Əməkdaşlıq Dialoqu Assambleyasına üzv ölkələrin nümayəndələri qarşısında əlavə edib: Bu gün əməkdaşlıq, ahəngdarlıq xalqların sülh və inkişafının bərqərarı və təhlükəsizliyin təmin olunmasının əsas amillərindəndir.
Qədim Asiya qitəsini inkişaf üçün potensial, istedad, məharətli insan qüvvəsi və lazımi imkanlarla zəngin adlandıran prezident deyib: Asiyada böyük sivilizasiyalar yaranıb və bu gün də yəqin ki, gələcək humanist quruluşun formalaşmasında bu qitə əsas rol oynayacaq.