Birləşmiş Millətlər Təşkilatının baş katibi Pakistanda seçkilərin keçirilməsi prosesi haqba bir bəyanat yayaraq, bu ölkədə seçki namizədlərinə qarşı aqressiv hərəkətlər haqda nigaranlıq edib. Pan Gi Mun İslamabad hökumətindən istəyibdir ki, bu ölkədə keçiriləcək seçkilərin və seçki namizədlərinin təhlükəsizliklərinin təmin edilməsi üçün bütün imkanlarını səfərbər etsin.
BMT baş katibinin sözçüsü Martin Nəsirki bu bəyanata işarə edərək, deyib: “Pan Gi Mun ümid edir ki, bütün qruplar və tayfalardan olan bütün pakistanlılar seçkilərdə iştirak etsinlər. Həmçinin, BMT başkatibi Pakistan dövlətinin və dini rəhbərlərin xalqın seçkilərdəki geniş iştirak üzrə rollarını alqışlayır.
Nəsirki deyib: “ BMT baş katibi seçki namizədlərinin terror edilməsindən nigaranlıq edib və Pakistan hökumətindən istəyir ki, seçki namizədlərinin təhlükəsizliyini təmin etmək üçün bütün səylərini həyata keçirsin”.
Pakistanda ümumölkə seçkilərinin keçirilməsi zamanının yaxınlaşması ilə bu ölkədə ifratçı hərəkətlərin sayı artıbdır.
Pakistanda seçki təbliğatının sona çatması ilə bir vaxtda Taliban yaraqlıları intihar əməliyyatları və bomba yerləşdirməklə bu ölkədə ümumölkə seçkilərinin keçirilməsinə icazə verməyəcəkləri haqda hədələr irəli sürüblər.
Pakistanda ümumölkə seçkiləri şənbə günü keçiriləcək.
Pakistanda baş vermiş seçki aqressivlikləri üzər ən yeni xəbər, bu ölkənin keçmiş baş naziri Yusif Reza Gilaninin oğlunun naməlum şəxslər tərəfindən oğurlanması xəbəridir.