ABŞ və İngiltərə ötən gün bildiriblər ki, Liviyada de-stabil vəziyyət və təhlükəsizlik nigaranlıqlarının artması səbəbi ilə bu ölkədəki diplomatlarının bir hissəsini çıxarırlar.
Bu hərəkətin səbəbi təhlükəsizlik nigaranlıqları hesab olunub.
ABŞ-ın Tripolidəki səfirliyi həmçinin Amerika vətəndaşlarına xəbərdarlıq edib ki, Tripoliyə qeyri-zəruri səfərlərdən və Benqazi, Bəni Vəlid, Liviyanın cənub bölgələri və Səbha və Kəfra sərhəd məntəqələrinə səfər etməkdən çəkinsinlər.
İngiltərənin Liviyadakı səfirliyi də yanvar ayında belə bir bəyanat verib və İngiltərə vətəndaşlarının Liviyaya səfəri barəsində xəbərdarlıq edib.
Həmçinin bildirilir ki, Almaniyanın Tripolidəki səfirliyinin fəaliyyəti dayanıb və diplomatları təhlükəsiz məntəqələrə köçürülüb.
Fransa və İngiltərə ABŞ-la birlikdə qeyri-hərbçiləri və inqilabçıları himayə etmək üçün “qadağan olunmuş uçuş zonasının tətbiqi” layihəsini hazırlayanlar olmuşdur. Bu layihə ilə NATO Liviyaya hücum etdi və Qəzzafi rejimi süqut etdi. Lakin bu ölkədəki de-stabil vəziyyət hələ də davam etməkdədir.