İranın ötən 8 ildə mədən və mədən sənayesi sahəsindəki ixracat həcmi artaraq, İranın bu sahə üzrə dünyadakı mövqeyinin yaxşılaşmasına səbəb olub.
İran polad istehsalı baxımından dünyadakı mövqeyini 4 pillə yaxşılaşdıraraq, 17-ci pilləyə yüksəlib. 2004-cü ildə İran bu baxımdan 21-ci pillədə dururdu.
Həmçinin İran alüminium istehsalı baxımından da mövqeyini yaxşılaşdıraraq, 26-cı pillədən 22-ci pilləyə yüksəlib. Mis istehsalında isə İran 24-cü pillədən 22-ci pilləyə qədər mövqeyini yaxşılaşdırıb.