Livanda yaşayan yüzlərlə suriyalı Suriya prezidenti Bəşşar Əsədi himayə üçün Sədyun şəhərində aksiya keçirib.
Aksiyaçıla Suriya prezidenti və Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahı himayə ediblər.
Aksiyaçılardan biri deyib: Bu addım Suriya xalqı və Bəşşar Əsədlə həmrəyliyi elan etmək istiqamətində atılır.
Aksiyaçılar Suriya hökumətinə müxalif üsyançıları himayə edən Türkiyə hökuməti və bu ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı şüarlar səsləndiriblər.
