Sionist rejim hərbçiləri İordan çayının qərb sahilinin müxtəlif məntəqələrinə hücum edərək 9 fələstinlini həbs ediblər.
SƏFA İnformasiya Agentliyinin verdiyi məlumata görə, sionist rejim hərbçiləri Tulkərm, Əl-Xəlil, işğal edilmiş Qüds, eləcə də Cənin düşərgəsinə hücum edərək 9 fələstinli, o cümlədən Əl-Əqsa batalyonlarının 2 sabiq üzvünü, həmçinin Cəninin şərqində yerləşən Cəlqəmus kəndinin imam camaatını həbs edərək naməlum yerə köçürüblər.
Bu məlumata əsasən, sionist rejim ordusunun İordan çayının qərb sahilində yerləşən Cənin düşərgəsinə hücumu fələstinlilərlə onlar arasında toqquşmalara səbəb olub. Fələstinlilər sionist hərbçiləri daşa basaraq Fəth hərəkatının iki sabiq fəalını müdafiə etməyə çalışıblar.
Toqquşmalar sionist İsrail ordusunun vertolyotlarının region səmasında uçuşları ilə müşayiət olunub.
Ötən gecə də sionist rejimin kəşfiyyat qüvvələri Beyt Ləhmin cənubunda əl-Xizr şəhərciyinin sakini olan 26 yaşlı gənc oğlanı həbs ediblər.