İranXƏBƏRLƏR

İran neft naziri: İran neft-kimiya istehsalı qütbünə çevrilir

İran İslam Respublikasının neft naziri, neft-kimiya sənayesinin ümumdünya iqtisadiyyatın inkişafındakı roluna toxunaraq deyib: İranda bu məhsulların istehsalı inkişaf etmişdir.

Rüstəm Qasimi İranda 10-cu beynəlxalq neft-kimiya konfransında etdiyi çıxışında deyib: İran neft-kimiya sənayesinin inkişafı sahəsində geniş potensiallara malikdir və İranda zəngin qaz yataqları aşkarlanıb.

Qasimi dünyanın qaz ehtiyatının 16%-inin İrana aid olduğunu xatırladaraq deyib: İranda gündəlik 700 mln. kub metr qaz istehsal olunur, bu rəqəm hətta 1 milyard kub metrə çatsa belə hələ uzun illər İranın qazı olacaq.

İİR neft naziri deyib: İranda dünyanın ən iri Aromatik, Olfin və PVC istehsal kompleksləri eləcə də Etilin nəqli kəməri inşa edilməkdədir.

İranın neft naziri deyib: İranın neft-kimiya istehsalı potensialı inşa edilməkdə olan layihələrin yekunlaşması ilə 100 mln tona çatdırılacaq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu