
Suriya hökuməti ilə müxalif olan internet saytlarının Çeçenistan qiyamçılarının sabiq liderini şişirtməyə çalışdıqları bir vaxtda “Qafqazlı Ömər” haqdakı iddialarla bağlı şəkk-şübhələr yaranmağa başlayıb.
Terrorçu əl-Qaidə təşkilatı ” Qafqazlı Ömər”in bir qrup çeçen və əfqan silahlı ilə birlikdə silahlı qruplaşmalara yardım etməsi üçün Suriyaya göndərib. Beynəlxalq terror təşkilatlarından sayılan əl-Nəsrə qruplaşması da ” Qafqazlı Ömər”in Suriyaya gəlişini alqışlayaraq, Suriya ordusunu mübarizəyə çağırıb.
” Qafqazlı Ömər” Youtube internet saytına yerləşdirilmiş bir videoyazıda öz dəstəsini “Mücahidlər Batalyonu” adlandırıb və Suriyaya gəlişinin səbəbini yer üzündə Allahın dinini bərqərar etmək adlandırıb.
” Qafqazlı Ömər” digər terrorçu qruplaşma başçıları kimi başqalarından istəyib ki, ya ona qoşulsunlar və ya ən azı pul və digər yardımlarla ona kömək etsinlər.
Bu arada bəzi saytlar ” Qafqazlı Ömər”i “Qafqaz Əmiri” adlandırmaqla onu əfsanələşdirməyə çalışırlar.
Terrorçu qruplaşmalara bağlı internet saytları “Qafqaz Əmiri”nin Suriyaya gəlişini şayiə adlandıraraq, “Mühacirlər Batalyonu”na rəhbərlik edən ” Qafqazlı Ömər”-in çeçen qiyamçılarının lideri Əbu Osman Doko Omarov olduğunu bildirirlər.
Bu arada çeçen qiyamçıları “Qafqaz Centre” saytında bildiriblər ki, Qafqaz Əmirliyinin əmidir Əbu Osman Doko Omarov xəstə olduğu üçün rəsmən öz vəzifəsindən istefa verib və Əmir Aslanbəyi(Aslanbəy Vadalov) öz canişini təyin edib.
Digər tərəfdən Livan sələfilərinin Suriya əsilli şeyxi Əmr Bukra Fustuq “Qafqaz Əmiri”nin Suriyaya gəlməsi ehtimalını təsdiq etməyib və deyib: Suriyada çeçen, alban və digər xarici yaraqlılar mövcuddur. Amma, “Qafqaz Əmiri”nin onlar arasında olması haqda heç bir məlumat yoxdur. Suriyanın əl-Həqiq internet portalının məlumatına görə, Əmr Bukra Fustuq son zamanlar Bolqarıstanda İsrailli turistlərin avtobusuna edilən terror hücumunun onun keçmiş şagirdlərindən biri tərəfindən törədildiyini bildirərək, bu hadisə ilə Livan Hizbullahı arasında heç bir əlaqənin olmadığını deyib.
Diqqəti özünə çəkən məsələlərdən biri budur ki, ötən 2 həftə ərzində Suriya ordusunun hücumları zamanı onlarla çeçen terrorçu həlak olub. Türkiyə Rusiyadan qaçan çeçen yaraqlılarının başlıca sığınacağı sayılır. Moskva dəfələrlə Türkiyədən istəyib ki, vəhhabi və ifratçı çeçen terrorçularını himayəyə son qoysun. Amma, Türkiyə Moskvanın bu istəyinə müsbət cavab vermək niyyətində deyil.