
Tehran-Bakı təhlükəsizlik əməkdaşlıqları region ölkələrinin mənafelərinə zəmanət verir
İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi deyib: “ İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı təhlükəsizlik əməkdaşlıqları bütün region ölkələrinin mənafelərini təmin edib, regionun təhlükəsizliyinə zəmanət verəcəkdir”.
Azərbaycan Respublikası prezidenti İlham Əliyevlə görüşüb, müzakirə edib.
İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi bu görüşdə İranla Azərbaycan Respublikası arasındakı tarixi və uzun keçmişə malik əlaqələri, iki ölkə arasındakı təhlükəsizlik əməkdaşlıqlarının yüksəldilməsi üçün münasib zəmin olduğunu bildirib.
Cəlilli sonra deyib: “ İran və Azərbaycan Respublikası icazə verməyəcəklər ki, iki ölkənin əməkdaşlıqları məntəqədən kənar ölkələrin təsirinə məruz qalsın”.
Cəlili İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu bildirdi.
İslam İnqilabının Böyük Rəhbərinin İranın Milli Təhlükəsizlik Ali Şurasındakı nümayəndəsi həmçinin deyib: “ İranla Azərbaycan Respublikası arasındakı əməkdaşlıqların tarixi keçmişi habelə iki ölkənin hərtərəfli əməkdaşlıqlarının dərinliyi, elə bir vəziyyət yaradıbdır ki, əcnəbilərin regiona müdaxilə etmələrinin yaranmasına icazə verməyəcəkdir”.
Cəlili İranla Azərbaycan Respublikası arasındakı müştərək potensiallardan istifadənin edilməsi zərurətinə təkid edərək, regionun davamlı sabitliyinin iki ölkənin inkişafına zəmanətverici olduğunu da qeyd edib.
Bu görüşdə Azərbaycan Respublikası prezidenti İlham Əliyev də İslam dini ilə düşmənçiliyin şiddətlənməsinə işarə edərək, İslam Dünyasının daha artıq vəhdətə malik olmasını istəyib.
Əliyev İranın sülhsevər nüvə proqramını himayə edərək, deyib: “ Mən 2006-cı ildə Amerikada da İranın nüvə proqramını himayə etdiyimi elan etdim və bundan sonra da himayə edəcəyəm”.
Azərbaycan Respublikası prezidenti həmçinin bütün ərsələrdə, o cümlədən siyasi, iqtisadi , mədəni, təhlükəsizlik və regional sahələrdə iki ölkə arasındakı əlaqələrin və əməkdaşlıqların genişləndirilməsini istəyib.
Qeyd etmək lazımdır ki, İran İslam Respublikasının Milli Təhlükəsizlik Ali Şurasının katibi Qazaxıstana səfəri istiqamətində bu gün səhər Bakıya daxil olub və Azərbaycan Respublikası prezidenti ilə görüşdükdən sonra Bakını Almatıya doğru tərk edib.