Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin(MAQATE) Rusiyada səfərdə olan baş katibi deyib: Biz hələ bilmirik ki, İranın nüvə proqramı hərbi məqsədlərə malikdir yoxsa yox?
Yokio Amano İranı MAQATE ilə əməkdaşlıq etməməkdə ittiham edərək, Tehranın agentlik ilə əməkdaşlıq etməsini istəyib.
Y.Amanonun bu iddiasına rəğmən ötən həftənin çərşənbə günü Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndəsi Vyanada İran nümayəndəsi ilə görüşüb, danışıqlar aparıb. Bu görüşün sonunda hər iki tərəf danışıqların gedişindən razılıq edərək, müzakirələrin davam etdirilməsini istəyiblər.