İranXƏBƏRLƏR

İranın 252 millət vəkilləri Almatı Müzakirələri haqda bəyanat yayıblar

İranın İslam Şurası Məclisinin millət vəkilləri bir bəyanat yayaraq, bildiriblər ki, İranın sülhsevər fəaliyyətlər üzrə nüvə qatarı heç vaxt dayanmayacaqdır.

İranın İslam Şurası Məclisinin 252 millət vəkili bu bəyanatda çərşənbə axşamı günü İran İslam Respublikası heyəti ilə 5+1 Qrupunun heyəti arasında Qazaxıstanın Almatı şəhərində keçiriləcək müzakirələrə işarə edərək, belə bildirib: “ İranın müzakirə edən komandası , NPT bəndləri və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin qaydaları çərçivəsində tam ciddiliklə İran xalqının hüququnu müdafiə edəcək və hər cür əməkdaşlığı İranın haqları və milli mənafeyinə əsasən qəbul edəcəkdir”.

İranın İslam Şurası Məclisinin millət vəkilləri Amerika və bu ölkənin qərbli müttəfiqlərinə tövsiyə də ediblər ki, İran İslam Respublikasının hazırkı nüvə həqiqətlərini qəbul etsinlər və qarşılaşma siyasətini əməkdaşlıq siyasətinə dəyişsinlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu