Ali-Səud rejiminin əsiri olan siyasi bir dustaq ağır işgəncələrə dözməyərək, ağlını itirib.
İki il öncədən harada saxlanıldığı haqda heç bir məlumat olmayan Məhhəmd əl-Hinti ağır işgəncələrə, fiziki və ruhi təzyiqlərə, ailəsi ilə görüşdən məhrum edilməsinə dözməyərək, əqli və ruhi sarsıntı keçirib.
Habelə, Ali-Səud zindanlarında məhbusların narkotik maddələrə aludə edilməsi faktı da artıq bir müddətdir ki, ifşa edilib. Məqsəd isə, məhbuslarda yaddaş pozğunluğunun yaradılması, məruz qaldığı işgəncələri unutması və onlar haqda başqalarına söz etməməsidir.