AİP lideri Möhsün Səmədov iki həftə bundan öncə karserə salınıb. Bu barədə FaktXeber.com-a vəkil Anar Qasımlı bildirib.
Vəkil qeyd etdi ki, müvəkkili ilə görüş üçün süni maneələr yaradılır: “6-ci gün görüş üçün 11 saylı cəza çəkmə müəssisəsinə getmişdim. Order və 6-cı günü olmasını bəhanə gətirərək görüşə buraxmadılar. Lakin gətirilən bəhanələrin hamısı qeyri-qanunidir.”
Görüşə buraxılmamasının səbəbini Möhsün Səmədovla bağlı məlumatların yayılmasının qarşısını almaq olduğunu bildirən vəkil, “ iki həftə bundan öncə Möhsün Səmədovla telefonla danışarkən o, qeyd etdi ki, onu yenə də karserə salıblar. Bunun səbəbləri isə hələ ki, bilinmir.” , – deyə bildirdi.