
İranın İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Qazaxıstanda İranın nüvə mövzusu haqda gələcək müzakirələrin nəticələrinin 5+1 Qrupu tərəfindən yeni rəftarın həyata keçirilməsi ilə şərtləndirib.
Əlaəddin Brucerdi Qazaxıstanda keçiriləcək İranla 5+1 Qrupu arasındakı müzakirələr haqda deyib: “ Əgər İranla müzakirə edən ölkələr özlərinin təkrar sözlərini davam etdirib, keçmişdə olduğu kimi qarşılaşma siyasətlərini davam etdirərlərsə, müzakirələrin nəticəsi olmayacaq”.
İranın İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri həmçinin deyib: “ Əgər müzakirə edən tərəflər Nüvə Silahlarının Genişlənməsini Qadağan edən NPT Sazişi habelə MAQATE qaydaları çərçivəsində məntiqli sözə malik olub, qarşılaşma siyasəti yerinə əməkdaşlıq siyasətini gündəmə gətirsələr, İranın müzakirə edən komandası , ona uyğun əməl edəcəkdir”.