İslam İnqilabının Böyük Rəhbəri Xorasanın böyük şairlərindən olan Məhəmməd Qəhrəmanın dünyasını dəyişməsinə görə başsağlığı müraciəti vermişlər.
Həzrət Ayətullah Əl-Üzma Xamenei başsağlığı müraciətində bildirilib: Möhtəşəm şer və dərin mənalı qəzəlin çeşməsinin sönməsi, müasir şer və ədəbiyyatla tanış olan hər bir şəxsi təəssüfləndirir.
Böyük Rəhbər əlavə etmişlər: Şübhəsiz Məhəmməd Qəhrəman fars şeri və ədəbiyyatı sahəsində əbədi simalardandır və onun qəzəli hindi şer janrının böyük şairlərini yadlarda canlandırır.
Fars şeri və ədəbiyyatının tanınmış müəllimlərindən olan Məhəmməd Qəhrəman bazar ertəsi müqəddəs Məşhəd şəhərində dünyasını dəyişdi.
