Bu gün İraqın Tikrit şəhərinin şərqində baş vermiş partlayışlar nəticəsində azı 68 nəfər ölüb və yaralanıb.
Tikrit şəhərinin şərqindən səksən kilometr aralıda yerləşən Tuzxormatu şəhərinin mərkəzindəki bir əkin sahəsinin yolunda bomba qoyulmuş iki avtomobilin partlaması nəticəsində azı on nəfər həlak olub, əlli səkkiz nəfər də yaralanıbdır.
Digər tərəfdən, Kərkük ostanının polis idarəsindəki bir rəsmi şəxs də bildirib ki, bir mal-qara satılan məkanı hədəfə almış üç bombanın ardıcıl surətdə partlaması nəticəsində bir mülki şəxs həlak olub, iyirmi beş nəfər də yaralanıbdır.
Həmçinin Əl-Məyadin informasiya kanalı Səlahəddin valisinin sui-qəsddən nicat tapdığını bildirib.