Livan Hizbullahının yüksək səviyyəli rəsmilərindən biri bu ölkə xalqını ABŞ və sionist İsrail rejiminin bölgədəki məkrli planları ilə mübarizə üçün bu ölkə xalqını birliyə çağırıb.
Livan Hizbullahının yüksək səviyyəli rəsmilərindən olan Əli Əmmar Suriyadakı terrorçu yaraqlıların Livan paytaxtı Beyruta son hücumları ardınca bu ölkə parlamentində etdiyi çıxışında deyib: ABŞ və sionist rejim bu hücumların amilləridirlər və Livan xalqı sayıqlıqla düşmənlərin bu məkrli planlarını zərərsizləşdirməlidir.
“Livan Hizbullahı heç vaxt icazə verməyəcək ki, ABŞ və sionist rejim bu xalqa qarşı məkrli planlarını həyata keçirməkdə uğur qazansın” –deyə Əli Əmmar söyləyib.
Suriyada silahlı yaraqlıların Beyrutun cənubundakı bölgəyə raket hücumunda ən azı 5 nəfər yaralanıb.
Bu barədə Livan prezidenti Mişel Süleyman paytaxt Beyruta raket hücumunu pisləyərək bildirib: Bu hücum terrorçular tərəfindən həyata keçirilib, onlar Livan və livanlıların sülh və stabilliyini istəmirlər.
Digər tərəfdən Livanın istefa vermiş baş naziri Nəcib Miqati də Beyrutun cənubuna raket hücumunda məqsədin hazırkı həssas vəziyyətdə Livanı de-stabil etmək olduğunu bildirib.