İranXƏBƏRLƏR

“İran xalqının seçkilərdə əzəmətli iştirakı İslam İnqilabı üçün böyük uğurların müjdəçisidir”

İslam İnqilabının Böyük Rəhbəri 2013-cü il 14 iyun seçkilərində İran xalqının böyük addımı, qəhrəmanlığı və əzəmətli iştirakını İslam İnqilabı və quruluşu üçü böyük nailiyyət və uğurların müjdəçisi adlandırıblar.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün İmam Hüseyn (ə) Universitetinin zabitlik və pasdar tərbiyəsi üzrə məzunlarının mərasimində çıxış ediblər.

Daha üstün şəxsin tanınıb seçilməsi məqsədilə hörmətli namizədlərin şüar və açıqlamalarına diqqəti xalqa tövsiyə edən, eləcə də islam quruluşunun hikmətli və məntiqli mövqe və prinsiblərinin təsbit olunması və təbliğat kampaniyalarında pis əxlaq və digər namizədlərə hörmətsizlikdən çəkinməklə bağlı seçki namizədlərinə məsləhət verən Böyük Rəhbər buyurublar: İlahi tövfiqlə bu ölkə və xalqının gələcəyi aydın, izzətli gələcək və hamı üçün örnək olacaqdır.

“Amallara doğru hərəkət sahəsində xalqın qüdrətli iştirakının elan olunması olan səsvermə məntəqələrində xalqın iştirakı mütləq beynəlxalq hörmət, toxunulmazlıq və izzətə zəmin yaradacaq, dostları sevindirəcək və düşmənləri narahat edəcək” –deyə İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər.

İran xalqının bədxahlarının xalqı səsvermələrdə iştirakdan soyutmaq üçün təbliğatlarına toxunan Həzrət Ayətullahülüzma Xamenei söyləyiblər: Bu genişmiqyaslı təbliğatın səbəbi budur ki, əgər xalq səhnəyə daxil olarsa və öz əzəmətli hərəkətini nümayiş etdirərsə, düşmənlər üçün baha başa gələcəkdir.

Böyük Rəhbər İran seçkiləri barəsində Amerika rəsmilərinin açıqlamaları barəsində də bildiriblər: İran seçkiləri barəsində açıqlama verənlər üçün Quantanamo həbsxanası, Pakistan və Əfqanıstanın məhrum kəndləri üzərində onların pilotsuz təyyarələrinin uçuşları, bölgədə müharibəni alovlandırmaq və cinayətkar sionist rejimi qeyd-şərtsiz himayə etmək rüsvayçılıq, xəcalət və qara ləkədir.

İslam İnqilabının Böyük Rəhbəri onların hörmətli və başıuca İslam Respublikasını tənqidlərinə cavab verməyin dəyəri olmadığını və İran xalqı və rəsmilərinin etina etmədiyini bildirirək deyiblər: Lakin bu açıqlamalar xalq üçün ibrətlidir. Çünki seçkilərin onlar üçün yüksək həssaslığının göstəricisidir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu