Tale Bağırzadə: Rejim başını itirib
Vicdan məhbusu, ilahiyyatçı Tale Bağırzadədən mətbuata mövcud vəziyətlə bağlı növbəti müraciət daxil olub. Bildirilib ki, Xalqın azadlığı uğrunda mübariz insanları qorxutmaq mümkün deyil.
Tale Bağırzadədənin Müraciətində deyilir:
“Azərbaycanda mövcud olan totalitar rejimin sütunlarının silkələnməsi son günlər sürətlənib. Buna səbəb hakimiyyəti ifşa edən çıxışlar olubr. Bu çıxışlara həmişəki kimi mafiya üslubunda reaksiyalar verilib. Mayın 28-də mənim təcridxanada vurulmağım və ölümlə hədələnməyim, eyni gündə İsgəndər Həmidovun başına çuval geyindirilərək oğurlanıb ölümlə təhdid edilməsi, bir gün sonra tanınmış vəkil Aslan İsimayılovun “banditizm” idarəsində vurularaq təhqir olunması, türmədə Real hərəkatının rəhbəri İlqar Məmmədovun karsa salınması bu rejimin başını itirməsindən xəbər verir. Bunlar başa düşməlidirlər ki, xalqın azadlığı uğrunda mübariz insanlar bu yolda ölümü göz önünə çoxdan almışlar. Allah bizimlədir və qorxumuz yoxdur! Azadlıq günü uzaqda deyil, çox yaxındadır!”
Vicdan məhbusu Hacı Tale Bağırzadə
Kürdəxanı həbsxanası, karser