İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Talibanın nümayəndə heyətinin Tehrana səfər etməsi ilə bağlı xəbərləri təsdiq etməyib.
Seyid Abbas İraqçı bu gün Tehranda keçirilən 7-ci Beynəlxalq “İmam Xomeyni(r.ə) və Xarici Siyasət” Toplantısının kənarında media mənsubları qarşısında verdiyi açıqlama zamanı deyib: Talibanın nümayəndə heyətinin İrana səfər etməsi ilə bağlı xəbərləri təsdiq etmirəm.
İraqçı bəzi xarici ölkə rəsmilərinin İran seçkiləri ilə bağlı açıqlamaları haqda da deyib: Əsassız fikirlər səsləndirən şəxslərə tövsiyə olunur ki, İran, İranda seçki qanunlar və İran Konstitusiyası ilə bağlı məlumatlarını artırsınlar və qərəzli iddialar irəli sürməsinlər.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ tərəfindən İrana qarşı tətbiq edilən son sanksiyalar haqda da deyib: Birtərəfli sanksiyalar qeyri-qanuni və qəbuledilməzdir. Təcrübələrə sübut edib ki, bu kimi rəftarlar heç bir məsələnin həllinə kömək etmir. Əksinə, məsələnin daha da mürəkkəbləşməsinə səbəb olur.