Sionist İsrail rejimi hərbçilərinin bazar günü İordan çayının qərb sahilində yerləşən Beyt-Ləhm şəhərinin cənubunda əl-Xizr şəhərciyinə hücumu və gözyaşardıcı qazlardan istifadə etmələri ən azı 4 fələstinli tələbənin tənəffüs sistemində problem yaradıb.
Sionist rejim belə bir halda Selfitdə bu bölgə sakinləri üçün geniş bir ərazinin gələn 45 gün ərzində boşaldıması göstərişini verib.
İordan çayının qərb sahillərində şəhərciksalma proyektinin məsul şəxsi Qəssan Dəğəls bu xəbəri bildirərək deyib: İsrail Bruqeyn kəndində 100 min kvadratmetrdən çox ərazinin boşaldılmasına göstəriş verib.
Dəğəls əlavə edib: İsrail rejiminin bu bölgəni boşaltmaqda məqsədi ona nəzarət üçündür. Halbuki sionist qəsəbə sakinləri Bruqeyn kəndi yaxınlığında Xərbə əl-Fəxaxirdə kənd əkin sahələrini dağıdıblar.
Sionsit rejim hərbçiləri təqribən hər gün müxtəlif bəhanələrlə Fələstinin müxtəlif bölgələrinə basqın edir, bir neçə nəfəri yaralayır və həbs edir.
