İran İslam İnqilabının Böyük Rəhbəri İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in vəfatının 24-cü ildönümü münasibətilə keçirilən mərasimdə deyib: İmam(r.ə) özünəinam, şücaət və “biz bacararıq” hissini İran xalqına geri qaytardı.
Həzrət Ayətullahülüzma Seyid Əli Xamenei bu gün İslam İnqilabının böyük memarının vəfat etməsinin 24-cü ildönümü günü mərasimində deyib: Düşmənlər “siz bacarmazsınız” ifadəsini qəbul etdirməklə 100 il İran xalqını siyasət, elm və iqtisadiyyat meydanlarında geridə saxlayıblar. Amma, İmam(r.ə) şücaət və özünəinam hissini İran xalqına geri qaytardı və “biz bacararıq” dedi.
O həzrət daha sonra dedi: İran xalqı düşmənlərin bütün hiylələrinə baxmayaraq, bütün mübarizə meydanlarının qalibi olub və bunun nəticəsi asılı İranın müstəqil İrana çevrilməsi oldu.
İran İslam İnqilabının Böyük Rəhbəri İran İslam Respublikasının dünyanın elm sahəsində inkişaf etmiş ölkələrindən birinə çevrildiyini deyərək, xatırladıb: Beynəlxalq statistika komitələri və dəyərləndirmə mərkəzləri İranın elmi inkişaf sürətinin dünyanın elmi inkişaf sürətindən 11 dəfə çox olduğunu elan ediblər və 2017-ci ilə kimi İran elmi inkişaf baxımdan dünyanın 4-cü ölkəsinə çevriləcək. Halbuki, bundan öncə İranın elm sahəsində heç bir iftixarı yox idi.
Həzrət Ayətullahülüzma Xamenei qətiyyət, şücaət, güclü iradə, Allaha inam, özünəinam və xalqa inam hisslərini İmamın(r.ə) öz mübarizəsində qələbə çalmasının başlıca amilləri adlandırıb və deyib: İmamın(r.ə) yol xəritəsi İmamın prinsipləridir.
İslam İnqilabının Böyük Rəhbəri həmçinin, seçkiləri İran xalqının siyasi qəhrəmanlığının məzhəri adlandırıb və buyurub: İran xalqı daim İnqilabı müdafiə meydanlarında iştiraka malikdir.