Bu gün dünya Şiələrinin yeddinci imamı Həzrət İmam Musa Kazim(ə)ın şəhadətinin ildönümü günüdür.
Həzrət İmam Rza(ə)ın pak məqbərəsinin zəvvarları dünən gecə özlərinin yeddinci imamlarının şəhadəti münasibəti ilə matəm içində olaraq, o həzrətin əziz övladının məqbərəsində olublar ki, bu kədərləndirici müsibətdə özlərinin ürək sözlərini söyləyib, təsəlli versinlər və bu böyük qəm münasibəti ilə o həzrətə təsliyyət versinlər.
Bu münasibətlə İmam Musa-Bin-Cəfər(ə)ın qızının mələkuti məqbərəsinin zəvvarları İsmət və Paklıq Əhli-Beyti(ə)ın aşiqləri və vurğunları ilə doludur ki, dünya Şiələrinin yeddinci imamı, Həzrət İmam Musa Kazim(ə)ın əzadarlıq mərasimində iştirak edərək, matəm saxlayırlar və bu əziz imamın məzlumcasına şəhadətinin ildönümü günü münasibəti ilə o həzrətin Məsumə qızına təsliyyət deyirlər.
İranın başqa şəhərlərində də əzadarlıqlar davam edir.